Kim Çendən Trampa JEST - Peykdən çəkilən şəkillər ORTAYA ÇIXARDI
Bizi izləyin

Digər

Kim Çendən Trampa JEST - Peykdən çəkilən şəkillər ORTAYA ÇIXARDI

Koreya Xalq Demokratik Respublikası (KXDR) Pxyonan-Pukto əyalətində yerləşən Soxe kosmodromunda obyektlərin sökülməsinə başlayıb.

Publika.az xəbər verir ki, bu haqda Şimali Koreya üzrə ekspertlərin materiallarını dərc edən Amerika-Cənubi Koreyanın “38 North” portalı bildirib.

Kosmodromda daha əvvəl “Xvason-15” qitələrarası ballistik raketləri sınaqdan keçirilirdi. Peyk şəkillərinə əsasən kosmodromda obyektlərin sökülməsi iyulun 20-dən aparılır.

Xatırladaq ki, iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampla KXDR lideri Kim Çen In arasında keçirilən görüşdə Koreya yarımadasının denuklearizasiyası və bu ölkə üçün təhlükəsizlik zəmanətləri haqqında razılıq əldə edilib. Ancaq razılaşmanın icrasının müddəti və prosesin detalları barədə heç bir konkret razılıq yoxdur.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm