"İsrailli olduğum üçün utanıram" - Məşhur musiqiçidən etiraz
Bizi izləyin

Digər

"İsrailli olduğum üçün utanıram" - Məşhur musiqiçidən etiraz

“Bu gün İsrailli olduğum üçün özümdən utanıram”.

Publika.az xəbər verir ki, bu sözləri dünyaca məşhur İsrailli pianoçu, drijor Daniel Berenboim İsrail Məclisində qəbul edilən və qüvvəyə minən “Yəhudi xalq dövləti”adlı qanuna etiraz edərkən deyib.

O, qanun layihəsinin irqçi olduğunu diqqətə çatdırıb.

“İsrail dövləti 1948-ci ildə qurulandan 70 il sonra, bu gün yeni bir qanun layihəsi hazırlayaraq quruluşun fəlsəfəsindəki bərabərlik prinsipini millətçilik və irqçiliklə dəyişdirdilər. İndi ölkədəki Ərəbləri ikinci sinif xalq olaraq qəbul edən bir qanunumuz var. Bu irqi ayrıseçkiliyin çox açıq formasıdır. Bu gün İsrailli olduğuma görə utanıram”, - deyə bəyan edib.

Barenboim məqaləsinə 2004-cü ildə Parlamentdə İsrail dövlətinin müstəqillik elanı ilə bağlı çıxışında İsrailin müstəqilliyini, özlərinin yəhudilikdən israilliliyə aparan idealları ilham qaynağı olaraq gördüyü ilə bağlı çıxışını xatırladıb.

Pianoçu Müstəqillik Bəyannaməsi azadlıq, ədalət və sülh anlayışları üzərində qurulan İsrailin din, irq, cinsi ayrı-seçkilik etmədən bütün vətəndaşlarına eyni hüquq və imkanları yaratdığını bildirib. Məşhur musiqiçi İsrail Parlamentində qəbul edilən, yalnız yəhudilərə öz taleyini müəyyən etmək hüququnu verən qanunun Müstəqillik Bəyannaməsi ilə ziddiyyət təşkil etdiyini deyib.

“Bu, məni çox kədərləndirir. Müstəqillik Bəyannaməsində vəd edilənlərlə İsrailin bugünkü vəziyyəti arasında böyük fərq var".

Qanuna görə, ərəb dili ölkənin rəsmi dili olmayacaq. Ölkənin yeganə rəsmi dili ivrit dili olacaq. Qanunda göstərilir ki, ölkədə öz taleyini müəyyən etmək hüququ ancaq yəhudilərə məxsusdur. İsrail bir yəhudi dövlətidir, dünyadakı bütün yəhudilərin ana vətənidir. Hüquqda boşluq olanda yəhudi şəriəti əsas götürüləcək. Dünyadakı bütün yəhudilər İsrailə qayıda bilər. Yəhudilərin dini günləri rəsmi bayram tətili olacaq və İsrailin paytaxtı Qüdsdür.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm