Etiraz aksiyalarında ölənlərin sayı 450-yə çatdı
Bizi izləyin

Digər

Etiraz aksiyalarında ölənlərin sayı 450-yə çatdı

Nikaraquada etiraz aksiyaları zamanı ölənlərin sayı 450-yə çatıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda insan hüquqlarının müdafiəsi üzrə Nikaraqua Assosiasiyası bildirib.

“31-i həddi-buluğa çatmayan daxil olmaqla, 450 nəfər həlak olub. 2,83 min nəfər yaralanıb”, - assosiasiyanın xəbərində deyilir.

Qeyd edək ki, Nikaraquada hakimiyyət əleyhinə etiraz aksiyaları hökumətin aprel ayında pensiya sistemində dəyişikliklər elan etməsindən sonra başlayıb. Prezident Daniel Orteqa dəyişiklikləri ləğv etsə də, etirazlar siyasi tələblərlə davam edir.

Nümayişçilər, həmçinin müxalifət növbədənkənar seçkilərin keçirilməsini tələb etsə də, Orteqa tələbi rədd edib. Müxalifət baş verənləri ölkəyə qarşı sui-qəsd adlandırıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm