Afrikada məşhur azərbaycanlı jurnalist öldürüldü - YENİLƏNDİ
Bizi izləyin

Digər

Afrikada məşhur azərbaycanlı jurnalist öldürüldü - YENİLƏNDİ

Qətlə yetirilənlərdən biri Azərbaycan əsilli məşhur ilahiyyatçı-filosof, yazıçı və politoloq, mərhum Heydər Camalın oğlu, müstəqil jurnalist Orxan Camaldır.

Publika.az xəbər verir ki, bu haqda TASS agentliyinə “Exo Moskva” radiostansiyasının baş redaktoru Aleksey Venediktov bildirdi.

O həmçinin dəqiqləşdirib ki, operator Kiril Radçenko və rejissor Aleksandr Rastorquyev Camalla birlikdə idilər. Onlar "Vaqner" özəl hərbi şirkətlə bağlı sənədli filmin çəkilişlərində iştirak edirmiş. Onların bu ölkəyə Mixail Xodorovskinin “Araşdırmaların İdarə olunması Mərkəzi” tərəfindən göndərildiyi bildirilir.

Rusiya KİV-lərinin xəbərinə görə, jurnalistlərin olduğu avtomobil Sibut şəhəri yaxınlığındakı blokpostlardan birinin qarşısında naməlum silahlı şəxslər tərəfindən gülləbaran edilib.

İnsidentin səbəbi və təfərrüatları hələlik məlum deyil. Qətlə yetirilən jurnalistlər bu ölkədə akkreditasiyadan keçməyiblər.

Qeyd edək ki, 51 yaşlı Orxan Camal 2003-cü ildə Rusiya Müsəlman Jurnalistləri İttifaqının təşkilatçılarlndan biri olub. Elə həmin il “Travel”(səyahət) jurnalistikası sahəsindəki fəaliyyətinə görə, dünyanın ən yaxşı media nümayəndəsi adına layiq görülüb. O, dəfələrlə qaynar nöqtələrdə olub. 2008-ci ildə Rusiyanın Gürcüstana müdaxiləsi zamanı “5 günlük müharibənin xronikası” adlı kitab yazıb. 2011-ci ilin avqustunda Liviyada ayağından ciddi yara alıb.

***

Rusiyanın üç vətəndaşı Mərkəzi Afrika Respublikasında öldürülüb.

Publika.az xəbər verir ki, bu haqda tvitter səhifəsində AFP agentliyi yazıb.

Agentlik təhlükəsizlik və dini dairələrdəki şəxsi mənbələrə istinad edir. Hadisənin heç bir təfərrüatı açıqlanmır.

Eyni zamanda AFP-a istinadən TASS agentliyi yazıb ki, rusiyalılara aid olduğu təxmin edilən üç insanın bədəni Sibut şəhərinin 23 kilometrliyində aşkar edilib. Mənbələrdən birinin məlumatına görə, onlar naməlum silahlı şəxslər tərəfindən öldürülüb. Hadisənin 31 iyul gecəsi baş verdiyi bildirilir.

Hazırda bu informasiyanın rəsmi təsdiqi yoxdur.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm