Məktəblərə hücumlar başladı – Ölkə ŞOKDA
Bizi izləyin

Digər

Məktəblərə hücumlar başladı – Ölkə ŞOKDA

Döyüşçülər Pakistanın şimali-qərbi və şimalında 12 məktəbə hücum ediblər.

Publika.az xəbər verir ki, bu haqda yerli polisə istinadən “Röyters” agentliyi bildirib.

Bunlardan 8-i qızların təhsil aldığı məktəblərdir. Qeyd edilir ki, döyüşçülər partlayıcı maddələrdən istifadə edir, həmçinin binaları yandırırdılar. Polis hesab edir ki, hücumlar planlaşdırılmışdı. Hücumlar nəticəsində ölənlər və ya zərərçəkənlər yoxdur.

Hücumlara görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Bununla belə, hücumların arxasında Taliban döyüşçülərinin olduğu təxmin edilir.

Qeyd edək ki, Pakistanda qız məktəblərinə hücumlar tez-tez olur. Taliban qadınların təhsil almasını dini normalara zidd hesab edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm