Maduro: “Həyatıma sui-qəsd haqqında əmri o verdi”
Bizi izləyin

Digər

Maduro: “Həyatıma sui-qəsd haqqında əmri o verdi”

“Mənim həyatıma sui-qəsd haqqında əmri Kolumbiyanın sabiq başçısı Xuan Manuel Santos verdi”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Venesuela prezidenti Nikolas Maduro bildirib.

Onun sözlərinə görə, Santos müxalifət siyasətçilərinin köməyindən istifadə edərək hücumu hazırlamışdı. Maduronun fikrincə, Kolumbiyanın sabiq başçısı Venesuelanın Milli Məclisinin müxalifət üzvü Xulio Borxeslə birgə hərəkət edirdi.

Daha əvvəl Venesuelanın daxili işlər naziri Nestor Reverol bildirib ki, ölkənin hüquq-mühafizə orqanları avqustun 4-də Maduroya qarşı sui-qəsdə cəlb olunduğu təxmin edilən 23 nəfəri müəyyən etməyi bacarıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm