Kim Çen In yapon casusu bağışladı
Bizi izləyin

Digər

Kim Çen In yapon casusu bağışladı

Koreya Xalq Demokratik Respublikası (KXDR) casusluqda ittiham olunaraq saxlanılan yapon turisti vətəninə göndərəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Koreyanın Mərkəzi teleqraf agentliyi (STAK) məlumat yayıb.

“Yaxın vaxtlarda Koreya Xalq Demokratik Respublikasına gələn turist Siqimoto Tomoyuki respublikanın qanunlarını pozaraq cinayət törətdi. Buna görə də müvafiq orqanların nəzarətində idi və dindirilmişdi… Humanizm prinsiplərinə söykənərək yapon turistin bağışlanması və onun respublikadan göndərilməsi barədə qərar verilib”, - xəbərdə deyilir.

Daha əvvəl bildirilirdi ki, Yaponiya hökuməti Şimali Koreyada saxlananın vətəndaşının azad edilməsi haqqında danışıqlar aparır. Yaponiya vətəndaşının Şimali Koreyanın liman şəhəri olan Nampxoya səfəri zamanı hərbi obyektləri çəkdiyi bildirilir.

İki ölkə arasında diplomatik münasibət yoxdur və yaponların Şimali Koreyaya səfəri xüsusi faktdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm