• USD 1,7000 0,00% EUR 2,0722 0,00%
    • GBP 2,4112 0,00% RUB 0,0237 0,00%

Köçkün düşərgəsi atəşə tutuldu: 4 nəfər həlak oldu

  • Digər
  • 3 Sentyabr 2018 05:58
  • 600 Baxış
Köçkün düşərgəsi atəşə tutuldu: 4 nəfər həlak oldu

Liviyanın paytaxtı Tripolidə məcburi köçkün düşərgəsi atəşə tutulub.

Publika.az TASS-a istinadən xəbər verir ki, Tavarqa şəhərindən olan 1200 məcburi köçkünün məskunlaşdığı "Əl-Fallyəh" düşərgəsinin minaatanlardan atəşə tutulması nəticəsində 4 nəfər həlak olub, daha 7 nəfər yaralanıb.

Məlumata görə, ərazidə bir mərmi partlayıb. Atəş nəticəsində düşərgəyə maddi zərər də dəyib.

Liviyanın paytaxtı ətrafındakı cənub və şimal şəhərlərində düşmənçilik edən qruplaşmalar arasındakı döyüşlər artıq bir həftədir səngimir. Məlumata görə, toqquşmalar zamanı 40-dan çox insan həlak olub, onlarla yaralı var. Onların əksəriyyəti dinc sakinlərdir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR