Avtobus uçuruma yuvarlanıb: 21 ölü var - FOTO
Bizi izləyin

Digər

Avtobus uçuruma yuvarlanıb: 21 ölü var - FOTO

Perunun avtomobil yollarından birində sərnişin avtobusunun uçurumdan aşağı düşməsi nəticəsində 21 nəfər həlak olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, avtobus ölkənin cənub-qərbində yerləşən Kusko və Santo-Tomas şəhərləri arasında, Çumbivilkas əyalətində dağ yolundan uçuruma yuvarlanıb. Həmin ərazidə uçurumun hündürlüyü təqribən 300 metr təşkil edib.

İlkin məlumatlara görə, hadisəyə avtobusun digər avtomobil ilə toqquşması səbəb olub. Həmin maşının sürücüsü hadisə yerindən qaçıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm