Əhaliyə yarım milyard dollar paylanacaq - Sinqapurda
Bizi izləyin

Digər

Əhaliyə yarım milyard dollar paylanacaq - Sinqapurda

Sinqapur hökuməti öz vətəndaşlarına 511 milyon dollar ödəyəcək.

Axar.az xəbər verir ki, bu barədə Sinqapur Maliyyə Nazirliyi məlumat yayıb.

Hökumət pulu Sinqapur vətəndaşlarının ölkə iqtisadiyyatının inkişafına verdikləri töhfə üçün mükafat olaraq verir. Vəsait Sinqapurun yetkinlik yaşını keçmiş 2,8 milyon vətəndaşı arasında bölünəcək.

Mükafatın miqdarı 2017-ci ildə onların əldə etdiyi gəlirin miqdarından asılı olacaq. Bunun üçün əhali 3 qrupa bölünəcək. Keçən il gəliri 20,4 min dolları keçməyən vətəndaşlar birinci qrupa daxil ediləcək və 219 dollar alacaq. Gəliri 73,1 min dolları keçməyən şəxslərə verilən mükafat isə 146,5 dollar olacaq. Üçüncü qrupa daxil olanlar və gəliri 74 min dollardan çox olanlara isə cəmi 73 dollar mükafat təqdim ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm