Dünya savaşına 42 metr QALDI: təhlükəni peyk görüntüləri ORTAYA ÇIXARDI - - FOTO
Bizi izləyin

Digər

Dünya savaşına 42 metr QALDI: təhlükəni peyk görüntüləri ORTAYA ÇIXARDI - - FOTO

Sentyabrın 30-da ABŞ-a məxsus hərbi gəmi ilə Çin hərbi gəmisinin Cənubi Çin dənizində təhlükəli yaxınlaşmasının görüntüləri yayılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, peykdən çəkilən görüntülər Amerika donanması tərəfindən paylaşılıb.

ABŞ rəsmiləri Çin gəmisinin 41 metrədək Amerika gəmisinə yaxınlaşdığını açıqlayib. Açıqlamaya görə, Çin gəmisi təhlükəli manevrlər həyata keçirib.

Qeyd edək ki, dünyanın ən əhəmiyyətli dəniz marşrutlarından biri olan Cənubi Çin dənizi zəngin karbohidrogen ehtiyatlarına malikdir. Çindən başqa, Filippin, Vyetnam, Malayziya, Bruney və Tayvan kimi ölkələr də beynəlxalq suları iddia edirlər. ABŞ isə Çinin bu regionda möhkəmlənməsini təhlükəsizlik maraqlarına zərbə hesab edir və son illər Cənubi Çin dənizi regionunu xarici siyasətin prioritetlərindən birinə çevirib.

ABŞ-ın son təhlükəsizlik strategiyasında isə Çin və Rusiya ən böyük təhdidlər adlandırılıb. ABŞ bildirir ki, Çin süni adalar tikərək onların hesabına ərazi sularını genişləndirir və bu adalarda hərbi obyektlər inşa edir. Çin ABŞ-ın ittihamlarını rədd edir.

Analitiklərin proqnozlarına görə, Amerika əsas gücünü Çinlə mübarizəyə istiqamətləndirir. Bunun nə demək olduğu məlumdur. Hərbi mütəxəssislər son dövrdə regionda nüvə toqquşması riskinin ciddi şəkildə artdığını vurğulayırlar.

Pekin isə Donald Trampın prezidentliyi dövründə ABŞ-la müharibənin qaçılmaz olduğunu bildirir. 2017-ci ilin yanvarında Çinin Müdafiə və Səfərbərlik Komissiyasından olan yüksək çinli zabitin “Çin Xalq Qurtuluş Ordusu”nun saytında yayımlanan məqaləsində deyilirdi ki, “Trampın prezidentliyi dövründə baş verə biləcək müharibə” kimi sözlər artıq şüar yox, realdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm