Zəvvarları daşıyan furqon dərəyə düşdü: 9 ölü, 5 yaralı
Bizi izləyin

Digər

Zəvvarları daşıyan furqon dərəyə düşdü: 9 ölü, 5 yaralı

Hindistanın şimalında furqonun 150 metrlik dərəyə düşməsi nəticəsində 9 nəfər ölüb, daha 5-i ciddi xəsarət alıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə cümə günü Uttarkaşi şəhərində baş verib. Bir qrup zəvvar Himalaydakı Qanqotri məbədini ziyarətdən qayıdırmış. Sərnişinlərdən birinin sözlərinə görə, hansısa məqamda avtobus gözlənilmədən yoldan çıxıb. Qəza zamanı salonda təqribən 13 zəvvar olub. Ölənlər arasında 8 sərnişin və avtobusun sürücüsü olub.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin dəqiq səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm