Haitidə zəlzələ nəticəsində 11 nəfər öldü
Bizi izləyin

Digər

Haitidə zəlzələ nəticəsində 11 nəfər öldü

Haiti sahillərində baş vermiş zəlzələ nəticəsində ən azı 11 nəfər ölüb.

Publika.az xəbər verir ki, bu haqda yerli hakimiyyətin nümayəndəsinə istinadən “Frans Press” agentliyi bildirib.

Həmçinin, binaların dağıldığı bildirilir. Təbii fəlakətin baş verdiyi bölgəyə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə qrup göndərilib.

Qeyd edək ki, ötən gün ölkənin şimal sahilində 5,9 maqnituda gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri paytaxt Port-o-Prensdən 175 km şimal-qərbdə, Ti Por-de-Pe yaşayış məntəqəsinin 20 kilometrliyində yerləşirdi. Yeraltı təkanların ocağı isə 15 km dərinlikdə qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm