• USD 1,7000 0,00% EUR 2,0567 -0,75%
    • GBP 2,3990 -0,51% RUB 0,0236 -0,42%

Beynəlxalq hava limanı atəşə tutuldu

  • Digər
  • 16 Oktyabr 2018 21:19
  • 595 Baxış
Beynəlxalq hava limanı atəşə tutuldu

Liviyanın paytaxtı Tripoli şəhərində fəaliyyət göstərən “Mitigə” beynəlxalq hava limanının ərazisi atəşə tutulub.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, yaxınlıqda partlayan üç minaatan mərmisi aeroporta heç bir ziyan vurmayıb və hava limanının gündəlik fəaliyyətini pozmayıb.

Qeyd edək ki, bu il avqustun 26-dan Tripolidə silahlı qruplar arasında döyüşlərdə 120-yə yaxın insanın həlak olub. Sentyabrın sonunda atəşkəs əldə olunsa da, ötən müddət ərzində “Mitigə” hava limanı bir neçə dəfə atəşə tutulub, nəticədə reyslərdə fasilələr yaranıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR