Jurnalistin qətlində YENİ İDDİA: Şahzadənin mühafizəçisi öldürüb?
Bizi izləyin

Digər

Jurnalistin qətlində YENİ İDDİA: Şahzadənin mühafizəçisi öldürüb?

Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının öldürülməsində şübhəli bilinən şəxslər şahzadə Məhəmməd bin Salmanla tez-tez telefon əlaqəsi saxlayırlar.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə ABŞ-da nəşr olunan “The New York Times” qəzeti çıxış edib.

Qəzet yazır ki, şübhəlilər dəfələrlə Səudiyyə taxtının vəliəhdini xarici səfərlərdə müşayiət ediblər: “Həmin şəxslər şahzadənin müxalifətçi dəstəsinin arasında yer alıblar. Digər şübhəli isə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyində yüksək vəzifə tutan bir məhkəmə həkimidir”.

Qəzetə görə, Türkiyə polisi tərəfindən təsbit edilən 15 şübhəlinin ən az doqquzu Səudiyyə Ərəbistanının hərbi dairələri, təhlükəsizlik xidmətləri və nazirliklərinin əməkdaşıdır.

Qeyd edək ki, jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı (Türkiyə) konsulluğunda qətlə yetirildiyi iddia edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm