Digər
Xristianlarla müsəlmanlar arasında toqquşma: 55 nəfər həlak oldu

Nigeriyanın hakimiyyət orqanları ölkənin şimalındakı Kaduna ştatında xristianlarla müsəlmanların toqquşması nəticəsində 55 nəfərin həlak olduğunu bildiriblər.
Publika.az xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.
"Prezident Məhəmməd Buhari Kaduna ştatının Kasuvan-Maqani şəhərində icmalar arasında 55 nəfərin ölümü ilə nəticələnmiş sonuncu zorakılığı pisləyir", - deyə yayılan rəsmi məlumatda bildirilir.
Agentlik qeyd edib ki, qanlı toqquşmalara yerli bazarda xristian və müsəlman malyükləyənlərlə arasında münaqişə səbəb olub.
Yerli sakinlərin sözlərinə görə, qarışıqlıqlar cümə axşamı başlayıb. Həmin vaxt iki nəfər həlak olub. Polisin hadisələrə operativ müdaxiləsi böyük sayda insan tələfatının qarşısını almağa kömək edib. Lakin həmin gecə Adara etnik qrupundan olan gənc xristianlar dəstə halında toplaşaraq müsəlmanların bir neçə evini yandırıblar. Bundan sona iki icma arasındakı qarşıdurmalar yenidən güclənib.
Cümə günündən başlayaraq ştatın rəhbərliyi tərəfindən şəhərdə komendant saatı elan edilib. Kaduna ştatının polis rəisi Əhməd Abdur-Rəhman talanlarla bağlı 22 nəfərin şübhəli şəxs qismində saxlanıldığını bildirib.
Qeyd edək ki, ölkədə terror qruplaşması da fəaliyyət göstərir. Daha əvvəl Nigeriyanın şimal-şərqində 833 uşaq "Boko Haram" terror qruplaşmasının girovluğundan azad olunub.

-
MDB04:50
Yalnız 10 milyon ödəyənlərə vətəndaşlıq verilsin! - Rusiyada qalmaqallı təklif
-
MDB02:00
Moskvada avtomobili insan izdihamının üstünə sürdü - Saxlanıldı
-
Qoroskop01:40
Günün ulduz falı: Romantik münasibətlərdə qərar anıdır
-
Nida Xəbər 00:35
Azərbaycan son 40 gündə 6 qələbə qazandı
-
Sosial11 İyul 21:43
Kabinetində nalayiq hərəkətlərə yol verən şöbə müdiri işdən çıxarıldı
-
Yaxın Şərq11 İyul 21:31
HƏMAS-ın 6 komandiri öldürüldü
-
Sağlamlıq11 İyul 19:00
Xəbərdarlıq: Sabah günorta saatlarında evdən çıxmayın!
-
Kriminal11 İyul 18:30
Könülün ölümü ilə bağlı cinayət işi açıldı