Digər
Qaşıqçını "Pələng dəstəsi" öldürüb - Cinayətin ÜSTÜ AÇILDI - DƏHŞƏTLİ FAKTLAR
Səudiyyəli jurnalist Camal Qaşıqçını öldürən qrupun daha əvvəl Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın sağ qolu olan adamı öldürdüyü ortaya çıxıb.
Publika.az xəbər verir ki, bu haqda BBC bildirib.
Qeyd edilir ki, Camal Qaşıqçı cinayəti 2018-ci ildə qurulan 50 nəfərlik “Pələng komandası”nın içindəki qrup tərəfindən işlədilib. Həmin komandanın daha əvvəl şahzadə Salmanın “qara qutusu” adlandırılan general-leytenant Əli Əl-Kahtanini döyərək öldürdüyü bildirilir.
Səudiyyə rəhbərliyinin tanınmış müxaliflərindən olan Saad Əl-Fakihin sözlərinə görə, “Pələng komandası”nın vəzifəsi ölkə daxilində və xaricindəki rəqiblərini öldürməkdir.
Qeyd edək ki, Səudiyyə jurnalisti Camal Qaşıqçı “Vaşinqton Post” qəzetində işləyirdi və 2017-ci ildən ABŞ-da yaşayırdı. O, oktyabrın 2-də İstanbulda Səudiyyə Ərəbistanının Baş konsulluğunun binasına girəndən sonra yoxa çıxıb. Oktyabrın 20-da Səudiyyə Ərəbistanının Baş prokurorunun yaydığı xəbərə görə, jurnalist konsulluq əməkdaşları ilə dava nəticəsində ölüb. Hadisə ilə əlaqədar 18 nəfər saxlanılıb.
İndiyə kimi, Qaşıqçının öldürülməsi ilə bağlı indiyə kimi müxtəlif versiyalar irəli sürülüb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ömər
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?












.jpg)








.jpg)




.jpg)










