Şimali və Cənubi Koreya dünya diplomatiyasında İLKƏ İMZA ATDI
Bizi izləyin

Digər

Şimali və Cənubi Koreya dünya diplomatiyasında İLKƏ İMZA ATDI

Tarixlərində yeni bir səhifə açan Şimali və Cənubi Koreya meyvə diplomatiyasına davam edir.

Publika.az xəbər verir ki, iki ölkənin liderləri arasında sentyabr ayında baş tutan görüşdən sonra Cənubi Koreya qardaşının jest olaraq göndərdiyi 2 000 ton göbələyə narıngi ilə cavab verib.

Belə ki, Cənubi Koreya Şimali Koreyaya 200 ton narıngi göndərib.

Bu barədə Cənubi Koreya Prezident Aparatının ofisindən açıqlama verilib. Narıngilərin göndərildiyi təyyarələrin birində hədiyyənin çatdırılmasına nəzarət etmək üçün iki dövlət rəsmisi də olub.

Cənubi Koreyanın narıngini özəlliklə seçməsinin səbəbi isə Şimali Koreyada nadir tapılan meyvə olmasıdır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm