Erməni nazir Rusiyanın planlarını ALT-ÜST ETDİ: Moskvaya ŞOK - FOTO
Bizi izləyin

Digər

Erməni nazir Rusiyanın planlarını ALT-ÜST ETDİ: Moskvaya ŞOK - FOTO

Cənubi Koreya nümayəndəsi Kim Çon Yan beynəlxalq polis təşkilatı – İnterpolun yeni prezidenti seçilib.

Publika.az xəbər verir ki, bu haqda təşkilatın Tvitter hesabında dərc edilmiş məlumatda deyilir.

O, iki il müddətə seçilib. Səsvermə bu gün Dubayda təşkilatın Baş Assambleyasının 87-ci sessiyasında keçirilib. Cənubi Koreya nümayəndəsi seçkilərdə Rusiya polisinin general-mayoru, 2016-cı ildən təşkilatın vitse-prezidenti Aleksandr Prokopçuka qalib gəlib. Prokopçuk seçkilərdə favorit hesab edilirdi.

Ancaq onun namizədliyinə Ukraynanın Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakov (əslən ermənidir – red.) və başqa Ukrayna məmurları qarşı çıxdılar. Avakov bildirdi ki, əgər Rusiya nümayəndəsi İnterpolun prezidenti seçilsə, Kiyev təşkilatı tərk etməyə hazırdır. Onun sözlərinə görə, belə təyinat bütün dünya üçün hibrid təhdid təşkil edir.

Bundan sonra Amerika senatorları Prokopçuku İnterpolun başçısı seçməmək xahişiylə açıq məktub dərc etdilər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov müraciət yolverilməz və seçki prosesinə müdaxilə adlandirdı.

Qeyd edək ki, İnterpola 2018-ci il oktyabrın 7-nə kimi Çin nümayəndəsi Men Xunvey başçılıq edirdi. Həmçinin, Çinin ictimai təhlükəsizlik nazirinin müavini postunu tutan Men Xunvey rüşvətxorluq və başqa cinayətlərdə ittihamlar üzrə vətənində saxlanılıb.

Kim Çon Yan təşkilatın prezidentinin vəzifələrini icra edirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm