Çində qatı duman - Avtomagistrallarda hərəkət dayandı
Bizi izləyin

Digər

Çində qatı duman - Avtomagistrallarda hərəkət dayandı

Çinin Anxoy vilayətində müşahidə olunan qatı duman səbəbindən 22 avtomagistralda nəqliyyatın hərəkəti dayandırılıb.

Publika.az xəbər verir ki, bu barədə qərar dumanlı hava şəraitində gözlə görmə məsafəsi 100 metrdən az olduğu üçün qəbul olunub.

Vilayətin inzibati mərkəzi olan Xıfey şəhərində bütün avtomagistrallara giriş gecə saat 2-dən bağlı elan olunub. Buna görə də avtomobillərin uzun növbəsi yaranıb. Yol polisi gücləndirilmiş iş rejiminə keçib.

Bildirilir ki, günortadan sonra magistral yollarda hərəkət bərpa olunmağa başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm