Tramp Kim Çenin bütün arzularını yerinə yetirəcək, əgər...
Bizi izləyin

Digər

Tramp Kim Çenin bütün arzularını yerinə yetirəcək, əgər...

Koreya yarımadasının denuklearizasiyası haqqında qərarın qəbulundan dərhal sonra, ABŞ Şimali Koreya ilə konstruktiv dialoqu qaydaya salmağa hazırdır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ Argentinada keçirilən G20 sammitində ABŞ prezidenti Donald Trampla görüşən Cənubi Koreya lideri Mun Çje İn bildirib.

Cənubi Koreya prezidentinin sözlərinə görə, Donald Tramp Şimali Koreya lideri Kim Çen Ina çatdırmağı xahiş edirdi ki, nüvə proqramından imtinaya cavab olaraq onun bütün arzularını yerinə yetirəcək.

Xatırladaq ki, ABŞ və KXDR liderləri arasında görüş iyunun 12-də Sinqapurda baş tutub. Tramp və Kim Çen In danışıqların nəticəsinə görə birgə sənədi imzalayıblar. Sənədə əsasən, Pxenyan Koreya yarımadasının tam denuklearizasiyasına hazır olduğunu bəyan edib, ABŞ isə Şimali Koreyaya təhlükəsizlik zəmanətini verməyi öhdəsinə götürüb.

Xüsusi halda, Amerika prezidenti Koreya yarımadasında müharibə vəziyyətinin ən sürətli şəkildə dayandırılmasına nail olmağa söz verib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm