• USD 1,7000 0,00% EUR 2,0122 -0,28%
    • GBP 2,3617 -0,22% RUB 0,0233 0,00%

Bu ölkədə internetə "YAŞIL İŞIQ"

  • Digər
  • 7 Dekabr 2018 04:55
  • 1 080 Baxış
Bu ölkədə internetə "YAŞIL İŞIQ"

Dekabrın 6-dan etibarən Kuba əhalisi üçüncü nəsil (3G) mobil rabitə texnologiyası üzrə mobil internetə çıxış əldə edəcəklər.

Publika.az xəbər verir ki, Kubanın “ETECSA” dövlət telekommunikasiya müəssisəsinin vitse-prezidenti Tanya Velaskesin sözlərinə görə, internetə qoşulma üçün Kuba sakinlərinin “3G” texnologiyasını dəstəkləyən telefona sahib olması kifayətdir.

"İnternetə qoşulma prosesi 8 dekabradək tədricən həyata keçiriləcək. Hər bir abunəçiyə xidmətin aktivləşdirilməsini təsdiq edən mesaj göndəriləcək" – Velaskes deyib.

O, həmçinin bildirib ki, istifadəçilər üçün müxtəlif trafik həcminə malik bir neçə tarif əlçatan olacaq.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR