Generallara SUİ-QƏSD: 10 nəfər öldü
Bizi izləyin

Digər

Generallara SUİ-QƏSD: 10 nəfər öldü

Əş-Şəbab terror təşkilatı Somalinin paytaxtı Moqadişuda iki generala qarşı sui-qəsd təşkil edib.

Axar.az xəbər verir ki, terrorçuların hazırladığı bombanın partladılması nəticəsində iki generalla yanaşı, 8 əsgər də həlak olub.

Əş-Şəbab hücum zamanı general Aden Dhere və köməkçisi Əbd Əli Cəmamimin öldürüldüyünü açıqlayıb.

Moqadişu hökuməti generalların ölümünü təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl də Somalinin paytaxtı Moqadişuda avtomobilə quraşdırılmış bombanın partlaması nəticəsində Somali Rabitə və Nəqliyyat Nazirliyinin yüksək vəzifəli rəsmisi Saim Cama həlak olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm