Pekin aeroportunda 100 milyonuncu sərnişin
Bizi izləyin

Digər

Pekin aeroportunda 100 milyonuncu sərnişin

Pekin “Paytaxt” beynəlxalq hava limanı cari il üçün 100 milyonuncu sərnişini qəbul edib.

Publika.az xəbər verir ki, bununla Pekinin “Paytaxt” hava limanı il ərzində xidmət göstərdiyi sərnişinlərinin sayı 100 milyona çatan ikinci aeroport olub. ABŞ-ın Atlanta şəhərindəki Harstfild-Cekson aeroportu 2015-ci ildə bu göstəriciyə nail olub.

Qeyd edək ki, Pekin “Paytaxt” hava limanı həm də sərnişin daşıma sayına görə Atlanta aeroportundan sonra dünyada ikincidir. Çinin “bir nömrəli qapısı” hesab olunan “Paytaxt” aeroportu ölkədə 3 terminalı, 3 uçuş-enmə zolağı və 2 dispetçer qülləsi olan yeganə hava limanıdır. Ümumilikdə 105 yerli və xarici aviasiya şirkətinin təyyarələri Pekindən dünyanın 296 şəhərinə uçuşlar həyata keçirir. Hazırda “Azərbaycan Hava Yolları” QSC (AZAL) də həftədə iki dəfə Bakı-Pekin-Bakı reysi ilə müntəzəm uçuşlar yerinə yetirir. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm