Məktəbdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
Bizi izləyin

Digər

Məktəbdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Hindistanın Heydərabad şəhərindəki qızlar məktəbində kütləvi zəhərlənmə baş verib.

Publika.az xəbər verir ki, şəhərin inzibati mərkəzi olan Ranqareddi dairəsindəki Kasturba qızlar məktəbinin 67 şagirdi xəstəxanalara yerləşdirilib. İlkin ehtimala əsasən, zəhərlənməyə səbəb məktəbdə verilən yeməklərdir.

Bildirilib ki, ötən gün axşamüstü şagirdlərə meyvə salatı, bir qədər sonra isə şam yeməyi verilib. Yanvarın 6-da isə şagirdlər mədə ağrısı və ürəkbulanma ilə xəstəxanalara göndərilib. Vəziyyəti ağır olan 20 şagird Nilufər hospitalında müalicəyə qəbul edilib.

Polis məsələ ilə əlaqədar təhqiqat aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm