Rusiya kompensasiya ödəməkdən xilas oldu
Bizi izləyin

Digər

Rusiya kompensasiya ödəməkdən xilas oldu

Yaponiya Rusiyayla sülh müqaviləsi haqqında danışıqlar prosesində Cənubi Kuril adaları ilə bağlı hər hansı kompensasiyalar tələb etmək hüquqlarından qarşılıqlı olaraq imtina etməyi təklif etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu haqda “Yomiuri” qəzeti bildirib.

Yaponiya daha əvvəllər adaları tərk etməyə məcbur olan vətəndaşları üçün tələb edirdi. Onların sayı 6 mindən çoxdur. Bildirilir ki, Yaponiya hökuməti Moskva ilə danışıqları ağırlaşdırmamaq üçün kompensasiya tələbindən imtina etməyə hazırdır.

Qeyd edək ki, Yaponiya və Rusiya indiyə qədər Kunaşır və İturub adaları, həmçinin Kiçik Kuril dağ silsiləsi barədə mübahisəyə görə sülh müqaviləsi imzalamayıblar. Bu ərazlər İkinci Dünya müharibəsinin sonuna yaxın SSRİ-yə keçib. Yaponiya onları özünün “şimal əraziləri” hesab etməyə davam edir. Tokio ərazi probleminin həlli vasitəsilə müqavilənin imzalanmasında təkid edir.

2018-ci il noyabrın 14-də Rusiya prezidenti Vladimir Putin və Yaponiyanın baş naziri Sindzo Abe arasında görüş keçirilib. Liderlər 1956-cı il oktyabrın 19-da imzalanan Birgə bəyannamə əsasında sülh müqaviləsi üzrə danışıqlarının aktivləşdirilməsi haqqında razılaşıblar.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm