Kim Çen In Donald Trampla ikinci görüşdən danışdı
Bizi izləyin

Digər

Kim Çen In Donald Trampla ikinci görüşdən danışdı

Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla ikinci dəfə görüşməyə hazırdır.

Publika.az xəbər verir ki, Şimali Koreya lideri bu görüş üçün cəhd göstərəcəklərini bildirib.

Kim Çen In bu barədə Çin prezidenti Şi Çinpinq ilə Pekində görüşü zamanı danışıb: “Şimali Koreya nüvə silahından vaz keçmək məsələsi və Koreya yarımadası probleminin dialoq və müzakirə ilə həllinə sadiq qalacaq. Biz beynəlxalq toplum tərəfindən məmnuniyyətlə qarşılanan uğurları əldə etmək üçün ABŞ və Şimali Koreya liderlərinin ikinci dəfə görüşməsi üçün çalışacağıq”.

Çinin dövlət başçısı da həmkarına dəstək verərək Koreya yarımadasındakı mövcud vəziyyətin sülh görüşləri və müzakirələri ilə yoluna qoyulacağını deyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm