Rusiya daha bir ölkədə baza qurur
Bizi izləyin

Digər

Rusiya daha bir ölkədə baza qurur

Mərkəzi Afrika respublikasında Rusiya hərbi bazası yaradıla bilər.

Publika.az xəbər verir ki, bu haqda Mərkəzi Afrika Respublikasının müdafiə naziri Mari Noel Koyyara “RİA-Novosti” agentliyinə müsahibəsində bildirib.

"Biz bazanın qurulması haqqında hələ konkret danışmamışıq, amma bu, çərçivə razılaşmasında istisna edilmir. Əgər prezidentlər Ali Baş Komandanlar kimi bazanın yerləşdirilməsi haqqında qərar qəbul edərsə, biz nazirlər kimi onu reallaşdıracağıq”, - Koyyara deyib.

Nazir qeyd edib ki, Berenqodakı maarifləndirici ordu mərkəzini Rusiya hərbi bazası hesab etmək olmaz.

Qeyd edək ki, ötən ilin avqustunda ölkələr arasında hərbi əməkdaşlıq haqqında hökumətlərarası razılaşma imzalanıb. Bundan sonra Berenqoda xüsusi mərkəz yaradılıb. Burada Rusiya təlimatçılarının köməyi ilə əsgərlər silahla davranış qaydalarını və döyüşün aparılması metodlarını öyrənirlər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm