Boliviyada italiyalı terrorçu tutuldu
Bizi izləyin

Digər

Boliviyada italiyalı terrorçu tutuldu

Boliviyada öz vətənində ömürlük həbs cəzasına məhkum edilmiş italiyalı terrorçu Çezare Battisti saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Braziliya prezidenti Jair Bolsonarunun müşaviri Filip Martins bildirib.

Onun sözlərinə görə, italiyalı terrorçu yaxın zamanda Braziliyaya aparılacaq və oradan da İtaliyaya deportasiya ediləcək.

Qeyd edək ki, İtaliyada sol radikal ekstremist təşkilatın keçmiş lideri Çezare Battisti 1970-ci illərin sonlarında törədilmiş 4 cinayətə görə ömürlük həbs cəzasına məhkum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm