Səhiyyə nazirliyi açıqladı: 353 insan faciəvi şəkildə öldü
Bizi izləyin

Digər

Səhiyyə nazirliyi açıqladı: 353 insan faciəvi şəkildə öldü

Konqo Demokratik Respublikasının şərqindən başlayaraq ölkəyə yayılan Ebola epidemiyası qurbanlarııın sayı artıb.

Publika.az xəbər verir ki, virus nəticəsində ötən ildən bəri 353 nəfər ölüb.

Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, ölkə miqyasında 658 nəfərdə qanaxma və kəskin temperatur olub. Onlardan 609-na Ebola virusu diaqnozu qoyulub. Daha sonra 353 nəfəri həyatını itirib.

Ötən ilin avqust ayından bəri start verilən kampaniya çərçivəsində 60 min 460 nəfərə vaksin vurulub.

Qeyd edək ki, Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Nzara və Konqonun Yambuku şəhərində eyni zamanda meydana çıxıb. Qvineya, Liviya və Sierra-Leonedə 2014-2017-ci illərdə yayılan epidemiya nəticəsində 30 min nəfər virusa yoluxmuş, 11 nəfər həlak olmuşdu.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm