Liviyada TOQQUŞMA: 10 ölü, onlarla yaralı
Bizi izləyin

Digər

Liviyada TOQQUŞMA: 10 ölü, onlarla yaralı

Liviyanın paytaxtı Tripolidə ikinci gündür aramsız davam edən silahlı toqquşmalar zamanı 10 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Al-Wasat" xəbər portalı ölkənin Milli Barışıq Hökuməti yanında Səhiyyə Nazirliyinin açıqlamasına istinadən xəbər verib.

"Çərşənbə günündən qızışan toqquşmalar nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb", - deyə açıqlamada qeyd olunur. Bildirilir ki, qadınlar və uşaqlar da daxil olmaqla, daha 41 nəfər xəsarət alıb.

Daha əvvəl Üsamə əl-Mehrahi şəhərinin Təcili Yardım Xidmətinin rəsmi nümayəndəsi bildirib ki, ölənlər arasında 3 dinc sakin də var.

Liviyanın sahil mühafizə xidməti Avropaya yol alan 113 miqrantı xilas edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm