Kolumbiyada 3 günlük matəm elan edildi
Bizi izləyin

Digər

Kolumbiyada 3 günlük matəm elan edildi

Kolumbiya Prezidenti İvan Duke Boqotada polis kadet məktəbi ərazisində törədilən terror aktı qurbanlarının xatirəsinə ölkədə 3 günlük matəm elan edib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, polis məktəbi ərazisində minalanmış avtomobilin partladılması nəticəsində 11 nəfər ölüb, 87 nəfər yaralanıb. Yaralılardan 79-u xəstəxanaya yerləşdirilib.

Kolumbiya dövlətinin başçısı ölkənin sərhəd ərazilərində nəzarətin gücləndirilməsi barədə də tapşırıq verib. O, vətəndaşları terror təhlükəsi qarşısında yekdil olmağa və təhqiqata kömək etməyə çağırıb.

Ölkənin hökumət orqanları minalanmış avtomobilin 56 yaşlı Xose Aldemar Roxas tərəfindən idarə edildiyini müəyyənləşdirib. Partlayış nəticəsində Xose Aldemar Roxas ölüb. Onun hərəkətinin motivləri bəlli deyil.

Prezident İvan Duke mütəşəkkil silahlı birləşmələrə qarşı mübarizəni gücləndirəcəyini, habelə onların başçılarının tutulmasında mükafatlandırma sisteminə yenidən baxacağını vəd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm