ABŞ və KXDR liderləri bu tarixdə görüşəcəklər
Bizi izləyin

Digər

ABŞ və KXDR liderləri bu tarixdə görüşəcəklər

ABŞ Prezidenti Donald Tramp və Koreya Xalq Demopkratik Respublikasının (KXDR) Kim Çen In fevralın sonunda Vyetnamın Dananq şəhərinə görüşəcək.

Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, tərəflər fevralın (tarix hələ müəyyən edilməyib-müəl) sonunda ikinci Amerika-KXDR sammitinin keçirilməsi üzrə razılığa gəliblər.

Nəşrə bu haqda sammitə hazırlığın gedişi ilə tanış olan mənbələr bildiriblər.

Qeyd edək ki, dövlət liderlərinin birinci görüşü ötən ilin iyunda Sinqapurda keçirilib. Tərəflər Koreya yarımadasının denuklearizasiyası və qərb koalisiyası tərəfindən Pxenyana təzyiqin azaldılması barədə razılaşıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm