Qaşıqçı cinayəti ilə bağlı YEKUN RƏY - Hesabat açıqlandı
Bizi izləyin

Digər

Qaşıqçı cinayəti ilə bağlı YEKUN RƏY - Hesabat açıqlandı

BMT səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı hesabatını açıqlayıb.

Publika.az xəbər verir ki, hesabatda cinayətin Səudiyyə Ərəbistanı dövlət rəsmiləri tərəfindən planlaşdırıldığı və Türkiyənin hadisəni aydınlaşdırmaq cəhdlərinə ciddi maneələr yaradıldığı ifadə olunub.

"Washington Post"un jurnalisti Camal Qaşıqçı cinayəti ilə bağlı beynəlxalq istintaq yekunlaşıb.

"Dəlillər Camal Qaşıqçının Səudiyyə Ərəbistanı dövlət rəsmiləri tərəfindən plnlaşdırıldığı və vəhşiliklə həyata keçirildiyini göstərir", - deyə hesabatda bildirilir.

Qeyd edək ki, Camal Qaşıqçı ötən il oktyabrın 2-də evlilik proseduru üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və daha sonra ondan xəbər olmayıb. Səudiyyə Ərəbistanı rəhbərliyi jurnalistin konsulluq binasında qətlə yetirildiyini təsdiqləyib. İstanbul Respublika Baş Prokurorluğu Qaşıqçının cəsədinin parçalandığı və məhv edildiyini bildirib.

Bu gün İstanbul Baş Prokurorluğu Ərəb koalisiyasında xidmət edən Əhməd Asıri və vəliəhd şahzadə Məhəmməd ibn Salmanın əmrini alan Suud Əl Kahtanı barədə saxlanılma qərarı çıxarıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm