Daha bir ölkədə qızılca epidemiyası
Bizi izləyin

Digər

Daha bir ölkədə qızılca epidemiyası

Filippin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölkənin bir çox regionlarında qızılca epidemiyası qeydə alınıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, nazirlik uşaqların təcili peyvənd edilməsinə çağırıb.

Bildirilir ki, yanvarın 26-dan başlayaraq xəstələnənlərin sayının artdığı müşahidə edilir. Belə ki, Kalabarson regionunda 575, paytaxt regionunda 441, Mərkəzi Lusonedə 192, Qərbi Visayidə 104 və Mərkəzi Visayi regionunda isə 71 belə hal qeydə alınıb.

Keçən müddət ərzində bu xəstəlikdən 20 nəfərin öldüyü bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm