Yaponiyada güclü zəlzələ oldu
Bizi izləyin

Digər

Yaponiyada güclü zəlzələ oldu

Yaponiyanın Hokkaydo adası sahillərində 5 bal gücündə zəlzələ baş verib.

Publika.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, "UTC" vaxtı ilə saat 02:24-də qeydə alınmış yeraltı təkanların episentri Sapporo şəhərindən 354 kilometr şərqdə və Rusiyanın Yujno-Kurilsk şəhərindən 28 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 100 kilometr dərinlikdə olub.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm