Leysan yağışları nəticəsində 9 nəfər öldü
Bizi izləyin

Digər

Leysan yağışları nəticəsində 9 nəfər öldü

Çilinin cənubuna üz verən güclü yağışlar nəticəsində azı 9 nəfər ölüb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Çili prezidenti Sebastyan Pinyera bunu Kalama şəhərində jurnalistlərə açıqlamasında deyib.

"Loa əyalətində üç, şimal makrozonasında isə daha 6 nəfər həyatdan məhrum olub", - deyə o əlavə edib.

Prezidentin sözlərinə görə, məcrasından çıxan çaylar 820 evə ziyan vurub, daha 78 ev ciddi zədə alıb, 75-i isə tamamilə dağılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm