100-ə yaxın insan saxta içkilərdən öldü
Bizi izləyin

Digər

100-ə yaxın insan saxta içkilərdən öldü

Hindistanda üç gün ərzində saxta içkilərdən 97 nəfər ölüb.

Publika.az xəbər verir ki, fevralın 7-də Ballupur kəndində bir neçə sakin dəfn mərasimində iştirak edərək alkoqollu içki qəbul edib. Sakinlər növbəti gün səhhətlərinin pisləşdiyini hiss ediblər.

Ölənlər haqqında ilk xəbər cümə günü daxil olub və bundan sonra hadisənin araşdırılmasına başlanılıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində 10 min litrdən çox qeyri-qanuni alkoqollu içki müsadirə edilib, 200-dən çox insan saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm