Bakteriya yeni doğulan uşağın bədənini yeyir
Bizi izləyin

Digər

Bakteriya yeni doğulan uşağın bədənini yeyir

Hindistanda yeni doğulan uşaqda ət yeyən bakteriya aşkar edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, yeni doğulan qız uşağında infeksiya doğulandan 5 gün sonra müəyyən edilib.

Yerli medianın məlumatına görə, uşağın valideynləri sinəsində irin olduğunu görüb təcili həkimə müraciət ediblər. Antibiotik verilsə də, uşağın vəziyyəti ağırlaşıb, temperaturu gündən-günə yüksəlib və nəfəs almaqda çətinlik çəkib. Başqa bir xəstəxanaya yerləşdirilən uşağın qanından nümunə götürülüb. Daha sonra həkimlər irinli hissənin aşkarlandığı hissədə boşluqlar olduğunu görüblər. Həkimlər uşağın ət yeyən bakteriyaya yoluxduğunu müəyyən ediblər. Bakteriya onun bədənini yeyib, yerində boş izlər qalıb. Əvvəlcə həkimlər qanı infeksiyadan təmizləyib, sonra irinli bölgədəki ölü dərini kəsib, müalicəyə başlayıblar.

Həkimlər uşağın bədənində iz qalmayacağını və vəziyyətinin daha da yaxşı olacağını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm