• USD 1,7000 0,00% EUR 1,9073 -0,17%
    • GBP 2,1015 +0,50% RUB 0,0239 -1,67%

Gizli basdırılmış onlarla insan cəsədi aşkarlandı

  • Digər
  • 13 Fevral 2019 08:52
  • 526 Baxış
Gizli basdırılmış onlarla insan cəsədi aşkarlandı

Meksikanın Kolima ştatında gizli basdırılmış təxminən 70 cəsəd aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə yerli baş prokurorluq bildirib.

"Tekoman bələdiyyəsində, Santa-Rosedə 69 cəsəd aşkar olunub. Hazırda genetik müəyyənləşdirmə işi aparılır. Federal hokümət axtarışların davam etməsi üçün avadanlıqla və heyətlə yardım göstərir", - deyə xəbərdə bildirilir.

Daha əvvəl prokurorluq Tekomanda gizli basdırlmış azı 11 cəsədin aşkar edilməsi barədə məlumat yayıb. Ştatın prokuroru Qabriyel Verdusko cəsədlərinin tapılmış meyitlər arasında olması güman edilən itkin düşənlərin qohumları ilə görüşüb.

Bazar ertəsi səhər Meksikanın Miçoakan ştatının Sitakuar bələdiyyəsi ərazisində avtomobilin salonundanTusantla bələdiyyəsinin yerli 5 polis əməkdaşının meyiti tapılıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR