• USD 1,7000 0,00% EUR 1,9090 0,00%
    • GBP 2,1180 0,00% RUB 0,0241 0,00%

Sərnişin təyyarəsi girov götürüldü - Hava limanı MÜHASİRƏDƏ

  • Digər
  • 24 Fevral 2019 20:18
  • 1 046 Baxış
Sərnişin təyyarəsi girov götürüldü - Hava limanı MÜHASİRƏDƏ

Banqladeşdə naməlum şəxs "Biman Bangladesh Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsini ələ keçirib.

Publika.az "TASS"a istinadən xəbər verir ki, ələ keçirilən təyyarə Dakka-Dubay reysini həyata keçirir.

"Reuters" agentliyinin məlumatına əsasən, 142 sərnişin təyyarədən çıxarılıb. Təyyarənin göyərtəsində cinayətkardan əlavə 2 heyət üzvü və hüquq mühafizə orqanlarının əməkdaşları ola bilər.

Qeyd edilir ki, təhlükəsizlik qüvvələri hava limanını mühasirəyə alıblar.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR