Əfqanıstanda TƏBİİ FƏLAKƏT: 60 ölü
Bizi izləyin

Digər

Əfqanıstanda TƏBİİ FƏLAKƏT: 60 ölü

Əfqanıstanın cənubunda son bir neçə gün ərzində davam edən leysan yağışlar və daşqınlar təxminən 60 nəfərin həyatına son qoyub, 140-dan çox insan zərər çəkib.

Publika.az xəbər verir ki, Qəndəhar, Zabul və Farah vilayətlərində minlərlə zərərçəkmiş ailəyə təcili kömək göstərilib.

Daha əvvəl təbii hadisə nəticəsində 20 nəfərin həlak olduğu, 10 nəfərin itkin düşdüyü bildirilib. Qeyd edək ki, həmin vilayətlərdə infrastruktura da ciddi ziyan dəyib. Təkcə Qəndəhar şəhərində 60-a yaxın ev dağılıb və ya ziyan çəkib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm