Yük maşını aşdı - 25 nəfər öldü
Bizi izləyin

Digər

Yük maşını aşdı - 25 nəfər öldü

Meksikanın cənubundakı Çiapas ştatında miqrantları daşıyan yük maşını aşıb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 25 nəfər həlak olub.

Daha 30 nəfərin isə xəsarət aldığı deyilir. Qeyd olunur ki, yük maşını idarəetməni itirərək 10 metrlik dərəyə yuvarlanıb.

Qeyd edək ki, hər il Mərkəzi Amerika ölkələrindən 400 minə yaxın miqrant Meksikadan keçməklə ABŞ-a keçməyə can atır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm