Sel 12 nəfərin canını aldı
Bizi izləyin

Digər

Sel 12 nəfərin canını aldı

Braziliyanın ən çox əhalisi olan Sao Paulo şəhərində iki gün davam edən şiddətli yağışlar selə səbəb olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 12 nəfərin öldüyü bildirilir.

Şəhərin Ribeirao Pires bölgəsində şiddətli yağışlar nəticəsində bir ev tamamilə dağılıb. Ağaclar kökündən çıxıb yolları bağladığından avtomobillərin hərəkətində çətinlik yaranıb.

Sao Pauloda 76 uçqun hadisəsi, 698 sel basması ilə bağlı müraciət qeydə alınıb. Rəsmilər bu şəhərdə yağışların bir neçə gün davam edəcəyini, Rio de Janeyroda şiddətli yağış və sel proqnozlaşdırdığını açıqlayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm