Qazaxıstandan türkdilli ölkədə MÜHÜM ÇAĞIRIŞ
Bizi izləyin

Digər

Qazaxıstandan türkdilli ölkədə MÜHÜM ÇAĞIRIŞ

Türkdilli ölkələr iqtisadi əməkdaşlığı daha da fəallaşdırmalıdır.

Bu sözləri Qazaxıstanın Baş naziri Askar Mamin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevlə görüşündə deyib.

Qazaxıstanın Baş naziri türkdilli ölkələrin iqtisadi əməkdaşlığına dair gündəliyin yaradılması ilə bağlı işləri fəallaşdırmağı lazım bildiyini söyləyib. Görüşdə türkdilli ölkələrin iqtisadi, investisiya, nəqliyyat, logistika sahələrində iş birliyinin, eyni zamanda, müştərək firmaların yaradılması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin rəqabət gücünün və ixrac potensialının artırılması məsələləri müzakirə olunub.

Qazaxıstanın Baş naziri Şuraya üzv ölkələr arasında avtomobil istehsalı, turizm, kənd təsərrüfatı, yüngül sənaye və digər sahələrdə əməkdaşlıq potensialının olduğunu vurğulayıb (Azərtac).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm