Dollarla bağlı KRİTİK ADDIM: bütün dünya ölkələrinə təsir edəcək
Bizi izləyin

Digər

Dollarla bağlı KRİTİK ADDIM: bütün dünya ölkələrinə təsir edəcək

Çin bütün dünya ölkələrinin iqtisadiyyatına təsir göstəcək bir addım atıb.

Publika.az xəbər verir ki, rəsmi Pekin qlobal iqtisadiyyatdakı risklərdən qaçmaq üçün maliyyə bazasını dollardan qızıla çevirir.

Çin bu istiqamətdə təkcə fevral ayında 179 milyon dollarlıq qızıl alıb. Bunu Çin Dövlət Valyuta İdarəsi açıqlayıb. Bildirilib ki, Çin Mərkəzi Bankı yanvar ayının sonunda 79 milyard 319 milyon dollar olan qızıl aktivlərini fevral ayının sonunda 79 milyard 498 milyon dollara çatdırıb.

Mütəxəssislər Çinin bu addımı ABŞ ilə yaşanan ticari gərginliyə görə atdığını deyir.

Wuhan Universiteti Maliyyə və Qiymətli kağızlar İnstitutunun müdiri Donq Denqksin qeyd edir ki, qlobal sistemdə hegemoniya qurmağa çalışan ABŞ-ın etibarlılığı azalır. Bunun nəticəsində bir çox dünya ölkələri maliyyə bazasını dollarla saxlamağa çəkinir. Buraya Yaponiya, Hindistan və Almaniya kimi ölkələr də daxildir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm