Məscidlərdə QƏTLİAM: 40 ölü, 20 yaralı - FOTO/VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Digər

Məscidlərdə QƏTLİAM: 40 ölü, 20 yaralı - FOTO/VİDEO - (YENİLƏNDİ)

Yeni Zelandiyada Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində 40 nəfər həlak olub, 20 nəfər xəsarət alıb.

Bunu Yeni Zelandiyanın Baş naziri Casinda Ardern deyib. O, bu hadisəsinin terror aktı olduğunu bildirib.

***

Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məsciddə insanlara atəş açmaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.

Bunu polis komissarı Mayk Buş deyib.

"Silahlı hücumda digərlərinin də iştirak edib-etmədiyini hələ bilmirik, lakin onlardan heç biri azadlıqda qalmayacaq", deyə o bildirib.

***

Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən "Al-Nur" və "Linvud" məscidlərində atışma baş verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, atışma nəticəsində, ilkin məlumatlara görə, 27 nəfər ölüb.

Bildirilir ki, şəhərdə xəstəxanaları 40-50 nəfər yaralı qəbul etməyə hazırlaşır.Qeyd edilir ki, insident zamanı məscidlərdə 300-ə yaxın insan olub.

Yerli xəstəxana qarşısında da atışma səslərinin eşidildiyi bildirilir.

"New Zealand Herald" nəşrinin məlumatına görə, atışmada təqribən iki nəfər iştirak edib. "Otago Daily Times" saytında bildirilir ki, tolis onlardan birinin tutulduğunu açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm