49 nəfəri öldürməyə gedərkən bu mahnını oxudu – TÜKÜRPƏDİCİ DETAL
Bizi izləyin

Digər

49 nəfəri öldürməyə gedərkən bu mahnını oxudu – TÜKÜRPƏDİCİ DETAL

Yeni Zelandiyada məsciddə törədilən terror aktı ilə bağlı dəhşətli faktlar ortaya çıxmaqda davam edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, terrorçu Brenton Tarrant qətliama gedərkən bosniyalı müsəlmanları qətl edən serb silahlının tərifləndiyi “Karadzic leads the Serbs” mahnısını oxuyub.

Onun qətliama gedərkən serb mahnıları dinləməsi və silahının üzərində serb tarixinə aid simvolların olmasını şərh edən Serbiya isə ölkənin terror hücumu ilə heç bir əlaqəsinin olmadığını açıqlayıb.

Qeyd edək ki, bu gün törədilən terror aktı nəticəsində 49 nəfər ölüb, 50-yə qədər insan yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm