Keçmiş prezident ABŞ-da həbs olundu
Bizi izləyin

Digər

Keçmiş prezident ABŞ-da həbs olundu

Perunun keçmiş prezidenti Alexandro Toledo ABŞ-ın Kaliforniya ştatında polis tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyter” agentliyi informasiya yayıb.

Məlumata görə, Toledo San-Mateo əyalətində içkili vəziyyətdə saxlanılıb.

Həbsinə münasibət bildirən Toledo bunu siyasi rəqiblərinin işi adlandırıb.

Qeyd edək ki, Peru hakimiyyət orqanları keçmiş prezident Alexandro Toledonun həbsinə gətirib çıxaracaq informasiya üçün 30 min dollar mükafat təyin edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm