İran qərarını dəyişdi - Üçlük daha da güclənəcək
Bizi izləyin

Digər

İran qərarını dəyişdi - Üçlük daha da güclənəcək

İran ilə Türkiyənin ortaq hərbi təlimlər təşkil etməsindən sonra diqqətlər bir daha sərhəd bölgəsinə yönəlib.

Publika.az xəbər verir ki, bu birliyin yaxın günlərdə Kandil və Suriyada əks olunması qaçınılmaz görünür. Daha əvvəl İranın belə bir əməliyyat keçirməsinə qarşı çıxması, daha sonra qərarını dəyişərək təlimlərə qatılmasını şərh edən mütəxəssislər bildirir ki, Türkiyənin haradasa Kandilin ətəklərinə qədər gedib çıxması və əməliyyat nöqtəsindəki qətiyyəti İranı bu həmləyə doğru aparmış ola bilər. Hətta iki ölkənin Kandildə hərbi hərəkat keçirməsi növbəti günlərdə müzakirə mövzusu ola bilər. Türkiyənin terrorla mübarizədə sərgilədiyi davranış və verdiyi qərarlar sərhəd qonşuları ilə ortaq hərəkat aparmasına rəvac verir.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu "Bu səhər Türkiyə və İran PKK-ya qarşı ortaq əməliyyata başladı" açıqlamasını verdikdən sonra regionun diqqəti Suriya ilə sərhədə çevrilib. ANKASAM Strateji Araşdırmalar Mərkəzinin mütəxəssisi Cenk Tamer bildirir ki, Türkiyə uzun müddət İrana PKK ilə ortaq mübarizə aparmaq məsələsində təzyiq göstərib. Lakin bunun nəticəsi olmayıb: "Hazırlıqlar çox daha əvvəl başlasa da, 2018-ci ilin əvvəllərində Afrin əməliyyatı ilə paralel olaraq İraqın şimalındakı terror düşərgələrinə başladılan genişmiqyaslı əməliyyatın əvvəlkilərdən fərqi Türkiyənin burada nəzarət məntəqələri qurmasıdır. İran isə Türkiyənin İraqda möhkəmlənməsindən narahat olurdu. Tehran düşünürdü ki, Ankaranın bu addımı İraqın suverenliyini tapdalayır. Lakin Türkiyənin nəzarət məntəqələrini qurmaqda uğur qazanması bu narahatlığı aradan qaldırdı. Buna görə də İran daha əvvəl qarşı olduğu Kandil hərəkatına dəstək vermək niyyətinə düşüb. Lakin İranın səmimiyyətini yoxlamaqda fayda var. Çünki daha öncə qaçan PKK-çılara məhz Tehran himayədarlıq edirdi. İranın qərarını dəyişməsi Türkiyə-Rusiya-İran üçlüyünün daha da güclənməsinə gətirib çıxaracaq".

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm